RU

Federasiya rəsmisi Avropa Qızıl Liqası oyunlarına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova beynəlxalq yarışa təyinat alıb.

Fanat.Az xəbər verir ki, məlumatı federasiyanın rəsmi saytı yayıb. 

Qurum rəsmisi Avropa Voleybol Konfederasiyası tərəfindən kişi voleybolçular arasında Avropa Qızıl Liqası oyunlarında iştirak edəcək.

İsmayılova bu gün Rumıniyanın Mioveni şəhərində start götürəcək ikinci turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Monteneqro və Latviya da mübarizə aparacaqlar. Yarış üç gün davam edəcək.

Избранный
88
fanat.az

1Источники