“Airbus” şirkəti və Almaniya Silahlı Qüvvələrinin (Bundesver) Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsi (BAAINBw) arasında A400M hərbi nəqliyyat təyyarələri ilə bağlı müqavilə imzalanıb.
“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, müqavilə Bundesverin 23 ədəd A400M təyyarəsinə istiqamətləndirilmiş infraqırmızı əks tədbir (DIRCM – “Directed Infrared Counter Measures”) sistemlərinin quraşdırılmasını nəzərdə tutur.
Müqaviləyə əsasən, 23 ədəd A400M təyyarəsinə bu sistemin quraşdırılması 2032-ci ilə qədər yekunlaşdırılacaq. Həmçinin müqaviləyə təlim, texniki qulluq və logistika dəstəyi xidmətləri də daxildir.
Qeyd olunub ki, hazırda “Airbus” Sevilya şəhərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus bir ədəd A400M təyyarəsində DIRCM sistemini sınaqdan keçirir və onun sertifikatlaşdırılması 2025-ci ilin yayına planlaşdırılıb.
İsrailin “Elbit Systems” şirkəti tərəfindən inkişaf etdirilən DIRCM, infraqırmızı arayıcı başlıqlı raketlərə qarşı hərbi nəqliyyat təyyarəsini qorumaq üçün nəzərdə tutulub. O, müxtəlif əməliyyat şəraitində təyyarə üçün effektiv, etibarlı və sərfəli mühafizə təmin edir. İnkişaf zamanı açıq arxitektura dizaynından istifadə edilən DIRCM sistemi, bu sayədə istənilən tip təyyarəyə problemsiz şəkildə inteqrasiya oluna bilər.
Bu günə qədər “Elbit Systems”in DIRCM həlləri İsrail hökuməti tərəfindən kommersiya məqsədli təyyarələri, İtaliya Hərbi Hava Qüvvələri tərəfindən C27J, C130J təyyarələrini və AW101 helikopterlərini, Braziliya Hərbi Hava Qüvvələri tərəfindən KC-390 təyyarələrini qorumaq üçün seçilib. Bundan əlavə, adı açıqlanmayan bir sıra digər ölkələr də çoxlu sayda hərbi, VIP və kommersiya təyyarələrini qorumaq üçün DIRCM həllərini seçiblər.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */
DIRCM