RU

De la Fuente: “Portuqaliya millisi çox mürəkkəb rəqibdir”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqası finalında Portuqaliya millisi ilə oyundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istnadən, 63 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Finalda biz iki üstün güc görəcəyik. Onların məşqçisi ilə mənim yaxşı münasibətim var. Biz dostlarımızla oynayacağıq, Kristiano Ronaldo isə – ən görkəmlilərdən biridir. Mən ona hüdudsuz heyranlıq duyuram. Onun yaşındakı futbolçunun oynamağa davam etməsini görəmək əladır.

Portuqaliya yığması mürəkkəb rəqibdir, bu oyun isə dünya çempionatının final oyunu ola bilərdi. Bazar günü biz yenidən tarixə düşə bilərik”, deyə De la Fuente vurğulayıb.

Portuqaliya – İspaniya oyunu sabah, iyunun 8-də Münhenin “Arena Münhen” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Избранный
245
arena.az

1Источники