RU

Goranboyda leysan fəsadlar törətdi - Fotolar

Goranboyda yağan leysan nəticəsində fəsadlar yaranıb.

“Qafqazinfo”nun məlumatına görə, Goranboy - Aşağı Ağcakənd avtomobil yolunun Aşağı Ağcakənd qəsəbəsi hissəsində qum-çınqıl yolu tutaraq avtomobillərin hərəkətində maneələr yaradıb.

Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal yerində monitorinq keçirib və müvafiq texnikalar əraziyə cəlb edilməklə, yolda bərpa işləri aparılaraq, yolun hərəkəti təmin edilib.

Yunis Quliyev

 



Избранный
347
12
qafqazinfo.az

10Источники