RU

Premyer Liqa klubları yapon futbolçunu transfer etmək istəyir

İspaniyanın “Real Sosyedad” klubunda çıxış edən yarımmüdafiəçi Takefusa Kubo İngiltərə Premyer Liqasında çıxış edə bilər.

90deqiqe.Az xəbər verir ki, Premyer Liqada çıxış edən bir neçə klub 24 yaşlı futbolçunun xidmətində maraqlıdır. Adı açıqlanmayan klubların artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Kubo transferə açıqdır və İngiltərədə çıxış etməyə hazır olduğunu bildirib.

Yapon  futbolçunun transfer dəyəri 30–40 milyon avro civarında qiymətləndirilir.

Qeyd edək ki, Kubo ötən mövsüm La Liqada “Real Sosyedad”ın heyətində 36 oyuna çıxıb və 5 qola imza atıb. O, daha əvvəl “Real Madrid” və “Barselona” klublarının da formasını geyinib.

Избранный
78
3
90deqiqe.az

10Источники