RU

Millətlər Liqası: 3-cü yerin sahibi bilindi, qalib müəyyənləşir - YENİLƏNİR

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Fanat.Az xəbər verir ki, final mərhələsi Almaniyada təşkil olunan yarışın son günündə həlledici oyunlar keçiriləcək.

Saat 17:00-da 3-cü yer uğrunda baş tutub. Fransa seçməsi Almaniyanı 2:0 hesabı ilə yenərək turnirdəki mübarizəni 3-cü sırada tamamlayıb.

22:45-də isə final qarşılaşması reallaşacaq. Millətlər Liqasının qalibi "Alyans Arena" oynanılacaq Portuqaliya - İspaniya duelində müəyyənləşəcək. 

UEFA Millətlər Liqası
3-cü yer uğrunda oyun

Almaniya - Fransa 0:2

Qollar: Mbappe, 45+1, Olise, 84
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Ştutqart. "Arena MHP".

Final

22:45. Portuqaliya - İspaniya
Baş hakim: Sandro Şorer (İsveçrə)
Münhen. "Alyians Arena".

Избранный
104
fanat.az

1Источники