RU

Paşinyanın korteji qəzaya uğrayıb?

"Baş nazir Nikol Paşinyanın kortejinin Sünikdən qayıdarkən qəzaya uğraması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil".

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan "Facebook"da yazıb.

"Mən medianı dəqiqləşdirilməmiş və əsassız məlumat yaymaqdan çəkinməyə çağırıram", - deyə o yazıb.

Qeyd edək ki , Hraparak.am Nikol Paşinyanın Sünikdən qayıdan kortejinin Armaş kəndində qəzaya düşməsi, mühafizəçilərdən bəzilərinin də yaralanması ilə bağlı məlumat yayıb.

İddia edilib ki, Paşinyanın korteji vətəndaş Yurik Şahnazaryanın üzərinə keçib. O, təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Ermənistan Daxili İşlər Nazirliyi də hadisə yerindən video yayaraq iddianı təkzib edib.

Избранный
271
50
publika.az

10Источники