RU

“Bakı ilə İrəvanın B planı var”

Ermənistanda bir qrup siyasətçi var ki, onlar yerli hökumətin Azərbaycandan təlimat aldığını, bütün planların Bakıda qurulduğunu iddia edirlər.

Tribunainfo.az xəbər verir ki, bu fikirdə olan ermənilərin əksəriyyəti o təbliğatı aparırlar ki, Azərbaycan Paşinyan üzərində dominantlıq edir.

Ekspert Artur Hovannisyan bu barədə yazıb ki, guya, Ermənistanı dağıtmaq üçün Azərbaycan Paşinyan hökuməti ilə B planına sahibdir. “Əgər yaxın gələcəkdə geosiyasi və hərbi-siyasi proseslər Rusiya və İranın xeyrinə olarsa və Əliyevin Ermənistana müharibə açmaqla və dövlət xaini Nikolun dəstəyi və şərikliyi ilə məlum məqsədlərinə çatmaq imkanı olmasa, o zaman “sülh müqaviləsi”nin imzalanması ilə Əliyev-Nikol cütlüyünün Ermənistanı məhv etmək üçün B planı işə düşəcək”.

Fərda Uğur

Избранный
25
4
tribunainfo.az

10Источники