RU

Ötən iki gündə ölkə ərazisində aşkarlanan silah-sursatın statistikası açıqlanıb

Bakı, 9 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 7-8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silah, 2 qumbara, 1 qumbaraatan, 2 alışdırıcı, 4 tüfəng, 12 patron darağı və 2176 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Избранный
108
20
azertag.az

10Источники