RU

“Peking to Paris Motor Challenge”in Azərbaycan mərhələsi Heydər Əliyev Mərkəzindən start götürdü (FOTO)

Bakı. Trend:

İyunun 9-da səhər saatlarında “Peking to Paris Motor Challenge”rallisinin Azərbaycan mərhələsinə start verilib.

Trend xəbər verir ki, HeydərƏliyev Mərkəzinin qarşısından başlayan Azərbaycan mərhələsi Gənclərvə İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı ŞəhərHalqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunub.

Sayca 9-cu buraxılış sayılan bu yürüş 1907-ci ildən keçirilir.Retro avtomobillər üçün nəzərdə tutulmuş beynəlxalq yürüşün startnöqtəsi Pekin olmaqla bir neçə ölkəni əhatə edir və Parisdəyekunlaşır.

Ölkəmiz artıq ikinci dəfədir ki, bu beynəlxalq yürüşü qəbuledib. İştirakçılar Azərbaycana Qazaxıstandan gəliblər.

Səhər saatlarında əvvəl Heydər Əliyev Mərkəzinin parkındaavtomobillərin sərgisi keçirilib. Daha sonra retro avtomobillərQobustan, Şamaxı, Acınohur-Ceyrançöl düzü və Azərbaycanın digərfüsunkar bölgələrindən keçərək Qax şəhərinə istiqamət götürüblər.Azərbaycan ərazisində yarışda 55 retro avtomobil iştirak edir.İyunun 10-da iştirakçılar ölkəmizi tərk edəcək və yürüş estafetiGürcüstana keçəcək.

“Peking to Paris Motors Challenge” təkcə avtomobil yürüşü deyil,bu həm də retro avtomobil həvəskarlarını bir araya gətirən əsldözümlülük rallisidir. İştirakçılar avtomobillərlə təxminən 15.000km məsafə qət edərək davamlılıq və dözümlük tələb edən marşrutlahərəkət edirlər.


“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
“Peking
Избранный
84
6
az.trend.az

10Источники