Rusiya istehsalı olan "Mi-8" və "Mi-17" helikopterlərinin ehtiyat hissələrini qaçaqmalçılıq yolu ilə Ukraynaya aparmaq istəyən şəxslər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, qaçaqmalçılığa cəhd edilən ehtiyat hissələrinin ümumi dəyəri 400 milyon rubl olub. Bu hissələrlə isə ən azı 4 helikopteri təmir etmək olar.
Tutulan qrup Rusiya, Ukrayna və Yaxın Şərq ölkələrindən ümumilikdə 6 nəfərdən ibarət olub.
Ehtiyat hissələri istehsal müəssisələri ilə əlaqəli bəzi şirkətlər vasitəsilə alınıb.