Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pasportundakı şəkil üz cizgiləri ilə uyğun gəlmədiyi üçün polis onun barmaq izini alaraq şəxsiyyətini təsdiqləyib. Saraçoğlu yaşadığı bu anları sosial media hesabında paylaşaraq izah edib:
"Şəkil uyğun gəlmədiyi üçün məni barmaq izi verməyə göndərdilər," - deyə bildirib.
Moda dünyasının tanınmış simalarından biri olan Gülşah Saraçoğlu, keçirdiyi radikal estetik əməliyyatlarla yenidən gündəmə gəlib. Daha əvvəl "Təbii olan heç nəyi sevmirəm" açıqlaması ilə diqqət çəkən Saraçoğlu, son olaraq 9 saat davam edən əməliyyat nəticəsində tamamilə fərqli bir görünüşə sahib olub. Yeni görüntüsünü sosial mediada paylaşaraq böyük maraq doğurub.
İddialara görə, İstanbul Hava Limanında pasport nəzarəti zamanı, polis əməkdaşı Saraçoğlunun pasportundakı şəkillə real görünüşü arasında uyğunsuzluq olduğunu sezib və təhlükəsizlik prosedurlarına əsasən onu əlavə yoxlamaya yönləndirib.
Saraçoğlu bu hadisəni sosial media hesabında təsdiqləyərək belə deyib:
"Şəxsiyyət vəsiqəmdəki şəkillə polisin şüşə arxasından çəkdiyi görüntü uyğun gəlmədiyi üçün məni barmaq izi analizinə göndərdilər. Mən də təbii ki, 'baş üstə' dedim."
Barmaq izi ilə aparılan doğrulama nəticəsində hər hansı problem aşkar edilmədiyi üçün onun ölkədən çıxışına icazə verilib.
Bu hadisəni zarafatla izah edən Saraçoğlunun paylaşımı qısa müddətdə sosial mediada viral olub. Bəzi istifadəçilər onun dəyişimini "tanınmaz haldadır" kimi dəyərləndirsə də, digərləri isə "Gözəlliyin bədəli budur" deyərək məsələni yumorla qarşılayıblar. (Milli.az)

10Источники
-
pravda.azƏməliyyatla elə dəyişdi ki, aeroport sistemi də tanımadı - FOTO ( 18053899)
-
referans.azƏməliyyatla elə dəyişdi ki, aeroport sistemi də tanımadı - FOTO ( 18053479)
-
musavat.comƏməliyyatla elə dəyişdi ki, aeroport sistemi də tanımadı - FOTO ( 18053239)
-
hurriyyet.azƏməliyyatla elə dəyişdi ki, aeroport sistemi də tanımadı — FOTO ( 18052972)
-
gender.azƏməliyyatla elə dəyişdi ki, aeroport sistemi də tanımadı — FOTO ( 18051808)
-
demokrat.azƏməliyyatla elə dəyişdi ki, aeroport sistemi də tanımadı — FOTO ( 18051283)
-
bizim.mediaƏməliyyatla elə dəyişdi ki, aeroport sistemi də tanımadı ( 18051238)
-
news365.azZibillikdən milyonlarla pul tapdı - FOTOLAR ( 18042220)
-
baki-xeber.comQR kodlar da təhlükəlidir - iaşə-xidmət obyektlərində pul ödəyərkən ehtiyatlı olun… ( 17952199)
-
sfera.azKartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ ( 17941105)