“İnter”in yeni baş məşqçisi açıqlanıb. Futbolpress.az xəbər verir ki, komandanın sükanı Kristian Kivuya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb. Kivunun son iş yeri “Parma” olub.