RU

O, azərbaycanlı... - Santuşdan Ronaldu barədə suala reaksiya

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş dünya futbolunun ulduzu, vaxtilə Portuqaliya yığmasında rəhbərliyi altında oynadığı Kriştiano Ronaldu barədə danışmaq istəməyib. 

Ölkə.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis bu gün Azərbaycan - Macarıstan yoldaşlıq görüşünə həsr olunan mətbuat konfransında bununla bağlı sualdan yayınıb.

"Kriştiano Ronaldu haqda danışmaq istəmrəm. O, azərbaycanlı futbolçu deyil. Kriştiano böyük portuqaliyalı oyunçudur və yaxşı dostumuzdur", - deyə F.Santuş vurğulayıb.

Qeyd edək ki, dünən UEFA Millətlər Liqasını qazanan Portuqaliya yığması ilk belə uğuru 2018-ci ildə məhz Fernandu Santuşun baş məşqçiliyi ilə qazanıb. O, 2014-2022-ci illərdə milli komandanı çalışdırıb.

Избранный
76
16
olke.az

10Источники