RU

Şimpanzelər alimləri şok etdi


Yaponiyada aparılan yeni tədqiqatda şimpanzelərin insan mimikalarını təqlid edən android robotun əsnəməsinə cavab verdiyi məlum olub. 

Təcrübədə 14 yetkin şimpanze 15 dəqiqəlik seanslarla robotun əsnəmə, ağız açma və neytral ifadələrinə baxıb. Nəticədə 8 şimpanze androidin əsnəməsinə eyni reaksiyanl verib, bəziləri isə uzanaraq yataq hazırlamağa başlayıb.

Mütəxəssislər qeyd edirlər ki, şimpanzelər ağız tam açıldıqda daha çox reaksiya göstəriblər. Bu da əsnəmənin sadəcə təqlid deyil, eyni zamanda, istirahət siqnalı funksiyası daşıya biləcəyini göstərir.

Araşdırma süni model vasitəsilə yoluxucu əsnəmənin qeydə alındığı ilk hal kimi qiymətləndirilir.

Alimlər gələcəkdə robotların digər hərəkətlərinin də heyvanlarda bənzər reaksiyalar doğurub-doğurmadığını araşdırmağı planlaşdırır.





Избранный
91
news24.az

1Источники