“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər” Vulverhempton”un müdafiəçisi Rayan Ait-Nurini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Ait-Nuri ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə verib. O, 2021-ci ildən “Vulverhempton”da çıxış edirdi.