Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub. Xorvatiya millisinin kapitanı ötən gün DÇ-2026-nın seçmə mərhələsində Çexiya yığması ilə görüşdə (5:1) penaltidən qol da vurub. 39 yaş 9 aylığında fərqlənən Modriç dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı avropalı futbolçu olub.
Mətləb