RU

İsrail Yəməni bombalayıb

Bu barədə İsrail Ordusunun mətbuat xidmətiməlumatyayıb. Diqqətə çatdırılıb ki, bu əməliyyat husilərin İsrail ərazisinə ballistik raket və pilotsuz uçuş aparatları (PUA) ilə son hücumlarına qarşı cavab mahiyyəti daşıyır.

"Eyni zamanda, əməliyyatın məqsədi husilər tərəfindən son bir il ərzində terror fəaliyyəti çərçivəsində işlədilənlimanı hərbi istifadə üçün sıradan çıxarmaqdır.Husilər bu liman vasitəsilə silah-sursat ötürürlər. Bu, sözügedən təşkilatın mülki infrastrukturu özünün terror əməliyyatlarını genişləndirməkdən ötrü istismarına daha bir nümunədir",- məlumatda vurğulanıb.

İsrailin müdafiə naziri İsrael Kats hərbi əməliyyat fonunda husilərə İsrailə qarşı hücumları dayandırmaq barədə xəbərdarlıq ünvanlayıb.

"Xəbərdarlığımıza məhəl qoymasalar, həm dənizdən, həm də havadan daha ağır zərbələrlə qarşılaşacaqlar",- nazir söyləyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar. Qruplaşma bu çərçivədə İsrailə qarşı birbaşa raket hücumları da həyata keçirməyə başlayıb.
İsraildən İrana sərt xəbərdarlıq:"Ağır zərbələr sizi gözləyir"

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az
Избранный
500
26
azvision.az

10Источники