RU

Qrip peyvəndi uşaqlar üçün profilaktik baxımdan mühüm əhəmiyyət daşıyır

Bakı.Trend:

“Qrip peyvəndi uşaqlar üçün profilaktik baxımdan mühüm əhəmiyyətdaşıyır”.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”dapediatr Regina Nemətova açıqlayıb.

Onun sözlərinə görə, xüsusilə 6 ay – 5 yaş arası uşaqlar, habeləimmun sistemi zəif və xroniki xəstəliyi olan pasiyentlər qripvirusuna qarşı yüksək risk qrupuna daxildirlər:

“Bu yaş qrupunda qrip daha tez-tez bronxit, pnevmoniya, otit,həmçinin febril qıcolmalar və digər ağırlaşmalarla nəticələnəbilər. Qrip virusu hər il dəyişkən olduğu üçün peyvəndin tərkibimövsümə uyğun yenilənir və peyvəndin hər il yenidən vurulmasıtövsiyə olunur. Səhiyyə Nazirliyi hər payız mövsümündə ölkəyə qripəleyhinə peyvəndləri gətirir və bu preparatlar dövlətpoliklinikalarında uşaqlar və böyüklər üçün tam ödənişsiz təqdimolunur. Peyvəndin vurulması ən optimal olaraq sentyabr və yaoktyabr aylarında aparılmalıdır ki, immunitet mövsümi viruslarınyayılma dövrünə qədər formalaşsın”.

Pediatr qeyd edib ki, qrip peyvəndi uşaqlarda xəstəliyinqarşısını almaqla yanaşı, həmçinin xəstəlik baş verdikdə onun dahayüngül keçməsinə şərait yaradır:

“Həm fərdi qorunma baxımından, həm də kollektiv immunitetinformalaşması üçün vaksinasiya vacib addımdır. Valideynlərə tövsiyəedirik ki, hər il uşaqlarını vaxtında peyvənd etdirsinlər. Bununlada, həm öz ailələrini, həm də ətrafdakı digər uşaqları qorumağatöhfə versinlər. Unutmayaq ki, peyvənd — xəstəliklə mübarizədə əneffektiv və elmi əsaslı vasitələrdən biridir”.

Məqalədə:
Избранный
231
17
az.trend.az

10Источники