RU

DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb

Bank kartlarından iyunun 10-da oğurluq qeydə alınmayıb.

Bu barədəDaxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirlik naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə əhalini diqqətli olmağa çağırır:

"İyunun 9-da vətəndaşların bank hesablarından kiberyolla pul vəsaitlərinin oğurlanması ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb. Bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP şifrələri (birdəfəlik şifrələr) mütləq şəkildə məxfi saxlanmalıdır".

Qeyd olunub ki, bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkündür:

Избранный
61
50
aznews.az

10Источники