RU

Mərdəkan statistikası – sonuncu qələbədən 3 il ötüb

Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Macarıstanla qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Azərbaycan yığması buna qədər Mərdəkanda yerləşən arenada 2 yoldaşlıq matçı keçirib. Milli Makedoniyaya uduzub (0:1), İordaniyanı isə məğlub edib (2:1).

Azərbaycan millisi bu arenada 6 rəsmi matça çıxıb. Yığma bu görüşlərdə 2 qələbə qazanıb, 1 heç-heçə edib, 3 dəfə isə uduzub.

Yığma sonuncu dəfə AVRO-2024-ün seçmə mərhələsində Mərdəkanda Belçika ilə qarşılaşıb və 0:1 hesabıyla uduzub. Ümumilikdə milli bu arenada sonuncu qələbəsini 2022-ci ildə Qazaxıstanla Millətlər Liqası matçında (3:0) qazanıb.

Избранный
103
32
futbolpress.az

10Источники