RU

Kadi və Andradeyə 2,5, Nərimana isə 2 milyon avro qiymət qoyuldu

Məşhur “Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətlərini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, ilk “3-lük”də “Qarabağ”ın futbolçuları qərarlaşıb. 

Ağdam klubunun yarımmüdafiəçiləri Kadi Borges və Leandro Andrade 2,5 milyon avro ilə siyahıya başçılıq edir. 

Dəyəri 2 milyon avroya yüksələn Nəriman Axundzadə isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”ın futbolçularının bir çoxunun transfer qiymətində artım müşahidə olunub. ///“Qafqazinfo”

 

Избранный
102
50
ucnoqta.az

10Источники