ABŞ Prezidenti Donald Tramp İranı hərbi əməliyyatla hədələyən İsrailin Baş naziri Benyamin Netanyahudan danışıqlar variantına üstünlük verməsini istəyib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp İsrailin Baş naziri Netanyahu ilə telefon danışığı barədə media nümayəndələrinə məlumat verib.
Netanyahu ilə bir çox mövzunu müzakirə etdiyini bildirən Tramp, İranla bağlı problemin də danışıqlar yolu ilə həllini təklif etdiyini söyləyib:
"Netanyahuya dedim ki, İranla danışıqlar aparmalısan. Bu halda daha yaxşı ola bilərsən. Bu, sənə verə biləcəyim günün ideyası ola bilər”.
Dağıntı və ölümə səbəb olmayacaq bir razılaşma əldə etməyə çalışdıqlarını qeyd edən Tramp, "Mən də bunu hər iki tərəfin diqqətinə çatdırdım. Ümid edirəm ki, bu danışıqlar müsbət nəticə verədə bilər, verməyədə bilər. Məhz danışıqların nəticələrini tezliklə görəcəyik" deyib.
ABŞ-nin İranla cümə axşamı görüşəcəyi ilə bağlı məlumatı paylaşan Tramp, "Ovaxta qədər gözləyəcəyik. Vaz keçmək istəmirlər" deyib.