RU

Baş prokuror Keniya səfirliyində olub, iki ölkə arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

Keniya Dövlət Prokurorluğunun Direktoru Renson İnqonqanın dəvətiilə Keniyada səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroruKamran Əliyev iyunun 8-də keniyalı həmkarı ilə birgə AzərbaycanınKeniyadakı Səfirliyini ziyarət edib.

Səfirlikdən Trend-ə bildirilib ki, Kamran Əliyev və Renson İnqonqailk öncə səfirliyin inzibati binasında yaradılmış Ümummilli LiderHeydər Əliyevin xatirə otağı ilə tanış olaraq onu ehtiramla yadedib və büstünün önün gül dəstəsi qoyublar.

Səfir Sultan Hacıyev səfirliyin yaranması və diplomatikəlaqələrin qurulmasından ötən 20 il ərzində Azərbaycan və Keniyaarasında münasibətlərin dinamik inkişafından söhbət açıb və ikiölkə arasında əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Səfirlikdə Azərbaycanın dövlətçiliyinə həsr edilmiş guşə ilətanışlıq zamanı Baş prokuror Kamran Əliyev ölkəmizin tarixi,mədəniyyəti, Azərbaycan dövlətinin memarı Heydər Əliyevin siyasifəaliyyəti və xilaskarlıq missiyası, Prezident İlham Əliyevinliderliyi ilə müasir Azərbaycanın qazandığı nailiyyətlər barədəqonaqları məlumatlandırıb. 2020-ci il şanlı Zəfərin nəticələri,Azərbaycanın postmünaqişə dövründə innovativ şəhərsalma meyarlarınauyğun, milli imkanlar hesabına genişmiqyaslı bərpa-yenidənqurmaişləri və ərazilərdə humanitar minatəmizləmə fəaliyyəti haqqındadanışıb.

Renson Mulele İngonga Azərbaycanlı həmkarı Kamran Əliyevindəvəti ilə ötən il ölkəmizə etdiyi işgüzar səfərləri ən xoşifadələrlə xatırlayıb və Kamran Əliyevin Keniyaya səfərininAzərbaycan və Keniya arasında dinamik inkişaf edən əməkdaşlıqəlaqələrinə mühüm töhfə olduğunu vurğulayıb.

Səfirliyə ziyarət zamanı, ötən il Azərbaycanın ev sahibi olduğuCOP29-da Keniyanın aktiv iştirakı vurğulanaraq bildirilib ki,2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin ÜmumdünyaŞəhərsalma Forumunun 13-cü sessiyası (WUF13), habelə ÜmumdünyaƏtraf Mühit Günü (WED2026) çərçivəsində Azərbaycan və Keniyaarasında sıx işbirliyi qlobal əməkdaşlığa mühüm töhfə verəbilər.

Baş
Baş
Baş
Baş
Baş
Baş
Baş
Məqalədə:
Избранный
86
3
az.trend.az

10Источники