RU

"Rusiya Ukrayna müharibəsində ABŞ-dan hiyləgərcəsinə qabaqlayıcı güzəştlər tələb edir" - ISW

 
"Moskva silahlanma danışıqlarını Ukrayna ilə bağlı güzəştlərlə şərtləndirir..."
 
Rusiya ABŞ-la silahlara nəzarət üzrə danışıqlardan imtina edərək, əvəzində Ukrayna mövzusunda strateji güzəştlər əldə etməyə çalışır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Qeyd olunur ki, Kreml Ukrayna müharibəsi kontekstində ABŞ-dan əvvəlcədən güzəştlər almağa can atır və yalnız bundan sonra strateji sabitlik üzrə danışıqların bərpasına razı ola biləcəyini bildirir.
 
ISW analitikləri Rusiya rəsmilərinin, xüsusilə də diktator Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun bəyanatlarına diqqət çəkir. O, Moskvanın orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə dair moratoriuma dair qərarını şərh edərək bildirib ki, Rusiya "fəaliyyət azadlığını" qoruyur. Daha öncə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə deyib ki, Rusiyanın birtərəfli moratoriumu "məntiqi sonluğa yaxınlaşır".
 
Ryabkov həmçinin bəyan edib ki, konstruktiv dialoqun bərpası üçün ABŞ "Rusiyanın əsas maraqlarına hörmət etməlidir". Xarici işlər naziri Sergey Lavrov da əlavə edib ki, Moskva yalnız "bərabər şərtlər əsasında" danışıqlara hazırdır.
 
ISW qeyd edir ki, bu cür bəyanatlar Kremlin silahlanmaya nəzarət mövzusunu ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını göstərir, məqsəd - Ukrayna ilə bağlı öz maraqlarına uyğun güzəştlər əldə etməkdir.
 
ABŞ Ukrayna müharibəsi üzrə Rusiyaya müəyyən güzəştlərə gedir
 
Xəbər verildiyi kimi,  Donald Tramp administrasiyası müharibə məsələsində Kremlin xeyrinə davranır. ABŞ Ukraynaya hərbi yardımın dayandırılmasını nəzərdən keçirir ki, bu da ölkənin müdafiəsini zəiflədir və Rusiyaya cəbhədə irəliləmək imkanı yaradır.
 
Tramp administrasiyası Kiyevə təzyiq göstərməyə, xüsusilə cəbhə xəttinin "dondurulmasını" və hazırkı status-kvonun qəbul edilməsini tələb etməyə hazır olduğunu ifadə edir. Bu isə Ukraynanın sərhədləri üzərində nəzarəti bərpa etmək məqsədindən uzaqlaşmaq deməkdir.
 
Eyni zamanda ABŞ rəsmiləri, o cümlədən senator Marko Rubio Ukraynadakı müharibəni ABŞ ilə Rusiya arasında "vasitəçi müharibəsi" kimi təsvir edir. Kreml bu yanaşmadan istifadə edərək Kiyevə dəstəyin nüfuzdan salınmasına çalışır.
Избранный
45
moderator.az

1Источники