Demokrat.az xəbər verir ki, Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası rəsmi şəkildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və bu, ölkənin rəsmi mövqeyidir.
Onun sözlərinə görə, Medinski Qarabağla bağlı çıxışında tarixi aspektlərə və bölgənin sosial-mədəni xüsusiyyətlərinə toxunub, lakin bu sözlərin siyasi və hüquqi nəticələrə heç bir aidiyyəti yoxdur.
Zaxarova qeyd edib ki, sözlərin məzmunu təhrif olunmamalı, deyilən kontekstdə başa düşülməlidir.
Qeyd edək ki, bu açıqlama Rusiya rəsmilərinin müxtəlif səviyyələrdə verdiyi bir-birindən fərqli bəyanatlara aydınlıq gətirməyə yönəlib. Moskvanın rəsmi diplomatik mövqeyi ilə bəzi ekspert və siyasi fiqurların çıxışları arasında ziddiyyət müşahidə olunduqda, bu cür düzəlişlər Rusiya XİN tərəfindən tez-tez səsləndirilir.
Xatırladaq ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski bir müddət əvvəl Qarabağla bağlı reallıqdan uzaq və provokativ açıqlama verib.
O, 9 iyun tarixində “Russia Today” kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif edib, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edib.