"Çelsi" klubu Mik Menyan transferi üçün "Milan"la razılığa gələ bilməyib.

Offsideplus.az xəbər verir ki, klublar fransalı qapıçının transfer məbləğində razılaşa bilməyib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Menyanın "Milan"la müqaviləsi gələn ilin yayında başa çatır. Massimiliano Alleqri onun "rossoneri"də qalmağını istəyir.