RU

Avstriyada məktəbə hücum: Ən azı 9 nəfər ölüb

Avstriyanın Qraz şəhərində orta məktəbə atışma nəticəsində 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Polis sözçüsü Fritz Qrundniq Qrazdakı "Dreierschützengasse" məktəbinə atəş açıldığını və bir neçə nəfərin yaralandığını açıqlayıb.

Qraz şəhərinin meri Elke Kahr şəhərdəki orta məktəbə hücumda hücumçu da daxil olmaqla 9 nəfərin öldürüldüyünü açıqlayıb.

Kahr, ölənlərin 7 tələbə, 1 böyük və təcavüzkar olduğunu bildirib.

Hücuma görə baş nazir Kristian Stoker bütün iş qrafikini ləğv edib, daxili işlər naziri Gerhard Karner isə hücumun baş verdiyi Qraza gedib.

Избранный
82
aznews.az

1Источники