BAKI, 10 iyun. TELEQRAF
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Teleqraf xəbər verir ki, sazişə görə, Azərbaycan və Çin vətəndaşları ümumvətəndaş pasportu ilə qarşılıqlı olaraq vizasız şəkildə hər iki ölkəyə səfər edə biləcəklər. Bu addım iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə və vətəndaşların səfər imkanlarının genişlənməsinə xidmət edəcək.