RU

Tələbələrin Qəzza üçün başlatdıqları aclıq aksiyası davam edir

ABŞ-nin Nyu-York şəhərində müxtəlif universitetlərdən tələbələrin İsrailə etiraz etmək və Qəzzada aclıqdan əziyyət çəkən fələstinlilərə dəstək məqsədilə başlatdıqları aclıq aksiyası 14-cü gününə daxil olub.

"Cebheinfo.az" xəbər verir ki, Nyu-Yorkdakı CUNY Məzun Mərkəzi və Bruklin Kollecinin tələbələri Qəzzada baş verən humanitar böhrana diqqət çəkmək və Qəzzada fələstinliləri aclıqdan öldürməyə və bombalamağa davam edən İsrail-ABŞ döyüş maşınına etiraz etmək üçün qeyri-müəyyən müddətə aclıq aksiyasını davam etdirirlər.

“Qəzza üçün aclıq aksiyası”, “Azad Fələstin”, “Soyqırımı ört-basdır edə bilməzsiniz”, “930 min uşaq aclıqdan ölmə tərk edilir” kimi pankartlar daşıyan tələbələr universitetlərinin İsraillə əlaqələrini kəsməyi tələb edirlər.Qeyd edək ki, tələbələr aclıq aksiyasına mayın 27-dən başlayıblar.

Избранный
71
cebheinfo.az

1Источники