RU

Şagird müəllimi öldürdü

Fransada bir şagird məktəb qarşısında çanta axtarışı zamanı müəllimi bıçaqlayaraq öldürüb.

News24.az xəbər verir ki, şagird hücumdan sonra saxlanılıb.

Təhsil naziri Elisabeth Borne X-də bütün məktəb ictimaiyyətinə və polisə dəstək olmaq üçün Nogentə gedəcəyini açıqlayıb.

Eyni zamanda, Fransa prezidenti Emmanuel Makron da hücumdan sonra açıqlama verib:

“Bir müəllimin köməkçisi uşaqlarımızı qorumağa çalışarkən mənasız hücumun qurbanı olaraq həyatını itirib. Millət yas içindədir və hökumət cinayəti azaltmaq üçün səfərbərdir”.

Günel Məlikzadə


Избранный
49
1
news24.az

2Источники