RU

51 ci bölgənin sirri ifşa olundu UFO əfsanələri hökumətin planı imiş

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin məşhur 51-ci bölgəsi ilə bağlı uzun illərdir davam edən “UFO və yadplanetlilər” əfsanəsinin arxasında gizli hərbi strategiya dayanırmış.

“Wall Street Journal” qəzetinin yaydığı yeni hesabatda bildirilir ki, ABŞ Ədliyyə Nazirliyi də daxil olmaqla müxtəlif dövlət qurumları, Soyuq Müharibə dövründə həyata keçirilən gizli hərbi layihələri ört-basdır etmək üçün UFO şayiələrini bilərəkdən yayıb.

1980-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinə bağlı təqaüddə olan bir polkovnikin, 51-ci bölgənin yaxınlığındakı bir bara gedərək saxta "uçan boşqab" şəkillərini oradakı sahibkara verdiyi və bununla da UFO şayiələrinin bilərəkdən yayılmasına səbəb olduğu müəyyən edilib. Sözügedən polkovnik daha sonra Pentaqon müstəntiqlərinə verdiyi ifadəsində bu kampaniyanın əsas məqsədinin o dövrdə test edilən “F-117 Nighthawk” adlı gizli qırıcı təyyarəni diqqətdən yayındırmaq olduğunu etiraf edib.

Pentaqon rəsmilərinin bildirdiyinə görə, ABŞ Soyuq Müharibə dövründə inkişaf etdirdiyi yeni nəsil silah texnologiyalarını Sovet casusluğundan qorumaq üçün “yadplanetli” hekayələrini bir növ istifadə edib. Beləliklə, cəmiyyətin diqqəti real hərbi texnologiyalar əvəzinə, uydurma UFO hadisələrinə yönləndirilib.

Nəşr qeyd edir ki, buhadisə təkcə birdəfə baş verməyib. Müdafiə qurumları müxtəlif dövrlərdə həssas layihələri gizlətmək üçün UFO mövzusunu dəfələrlə gündəmə gətirib.

2022-ciildə yaradılmış və “Bütün Sahələrdə Anomaliyaların Araşdırılması Ofisi” (AARO) adlandırılan qurumun rəhbəri Şon Kirkpatrik onilliklərə dayanan “naməlum havahadisələri” hesabatlarını təhlil edib. Onun araşdırmaları nəticəsində bəzi UFO şayiələrinin birbaşa Pentaqon tərəfindən yayıldığı üzə çıxıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Kirk Patrikin diqqət çəkən araşdırmalarından biri isə “Yanke eBlue” adlı uydurma qurumla bağlı olub. Hərbi Hava Qüvvələrinə yeni qatılan əsgərlərə, guya yadplanetli gəmilərinin araşdırıldığı bu gizli qurumla bağlı brifinq verilir və bu mövzu barədə heç kimə danışmamaları tapşırılırdı. Lakin bir çox hərbçi bunun sadəcə zarafat olduğunu heç vaxt öyrənməyib. Bu “zarafat” Pentaqon tərəfindən yalnız 2023-cü ildə rəsmi olaraq dayandırılıb, amma o vaxta qədər şayiələr artıq mülki cəmiyyətə yayılmışdı.

Kirkpatrik həmçinin uzun illər mübahisə doğuran 1967-ci il nüvə raketləri insidentini də yenidən araşdırıb. Hadisədə Hərbi Hava Qüvvələrinin sabiq kapitanı Robert Salas Montanadakı hərbi bazada xidmət edərkən bir UFO-nun 10 nüvə raketini sıradan çıxardığını iddia etmiş və susmaq əmri aldığını söyləmişdi.

Lakin AARO-nun apardığı təhlilə əsasən, bu hadisənin çox güman ki, nüvə hücumlarına qarşı davamlılığı yoxlayan, uğursuz alınmış elektromaqnit impulsu (EMP) sınağı olduğu məlum olub.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
66
azpolitika.info

1Источники