RU

Bellinqhemin kiçik qardaşı “Borussiya Dortmund”a keçdi

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqhemin kiçik qardaşı, 19 yaşlı ingilis yarımmüdafiəçi Cob Bellinqhem İngiltərənin “Sanderlend” klubundan “Borussiya Dortmund”a keçib.

Yeniavaz.com xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, “Sanderlend” bu transferdən 30 milyon avro əldə edib.

Müqavilə 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Cob Bellinqhemin gələcəkdə “Real Madrid”ə keçmək ümidi ilə böyük qardaşının əvvəlki klubunu seçdiyi bildirilir.

Qeyd edək ki, Bellinqhem ötən mövsüm İngiltərə çempionatında 43 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Избранный
76
yeniavaz.com

1Источники