Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma ilə əlaqədar ölkədə üç günlük milli matəm elan ediləcək.
Operativ Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd edək ki, Avstriyada məktəbdə baş verən atışmadan sonra 11 nəfər ölüb, 30-a yaxın insan xəstəxanalara yerləşdirilib.
"Hazırda 28 yaralı xəstəxanalardadır. Onlardan ən azı dördünün vəziyyəti son dərəcə ağırdır", - “Kronen Zeitung” qəzetinin məlumatında bildirilib.