RU

Fransada məktəbli müfəttişi qətlə yetirdi

ain.az, 525.az portalına istinadən məlumat verir.

Bu gün səhər saatlarında Fransanın Nogent şəhərindəki Fransuaza-Dolto orta məktəbinin yaxınlığında faciə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, məktəbin şagirdi bıçaqla müfəttişə hücum edib. Təhsil işçisi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qətli törədən məktəbli saxlanılıb. Məktəbin 324 şagirdi isə karantinə alınıb.

Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində xəbəri təsdiqləyib: “Nogentdə bir təhsil işçisi mənasız bir zorakılıq dalğasının qurbanı olaraq həyatını itirdi”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

“Hamımız mərhumun ailəsi, sevdikləri, həmkarları və bütün təhsil ictimaiyyəti ilə bir yerdəyik”, - deyə o, əlavə edib.

Fransanın təhsil naziri Elizabet Borne də sosial şəbəkə hesabında etdiyi paylaşımda dəhşətli faciəni qınayıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
74
525.az

1Источники