RU

Deku: “Barselona”nın heyəti yaxşı tarazlaşdırılıb”

“Barselona”nın idman direktoru Deku yay transfer pəncərəsində “blauqrana”nın hansı mövqelərdə gücləndirilməli olduğunu cavablayıb.

Arena.az “Barça Universal” dərgisinə istinadən, Dekunun müvafiq açıqlamasını təqdim edir:

“Yayda gücləndirilməsi gərək olan mövqelər? Biz hesab edirik ki, heyətimiz yaxşıca tarazlaşdırılıb, həm müdafiədə və həm də yarımmüdafiədə. Bizim, hələ də böyüyən və inkişaf edən oyunçularımız var – məsələn, Qavi, hansı ki, zədədən bərpa olur. Tam mövsümöncəsindən sonra, biz gözləyirik ki, o, növbəti mövsümdə daha da güclü qayıdacaq. Heyətimizdə, mövsümün əvvəlində zədə almış Mark Bernal var, həmçinin Ronald Arauxo və Daniel Olmo. Biz isə onların bir daha zədə almamaları üzərində işləyirik.

Hücum xəttinə gəlincə, bu, bizim, bazarda nə edə biləcəyimizdən asılı olacaq. Amma bu, bizim gördüyümüz kimi, bir və ya iki oyunçuya ehtiyac duyulan yeganə xətdir”, deyə Deku vurğulayıb.

Xatırladaq ki, cari mövsümdə “Barselona” 60 yaşlı alman mütəxəssis Hans-Diter Flikin rəhbərliyi altında uğurla çıxış edib. “Blauqrana” İspaniya La Liqasını, İspaniya Kral Kubokunu və İspaniya Super Kubokunu qazanıb. Çempionlar Liqasında isə isə Kataloniya nəhəngi yarımfinalında “İnter” səddini keçə bilməyib (evdə 3:3; səfərdə 3:4, əsas vaxt 3:3).

Избранный
85
arena.az

1Источники