RU

Sultan Bəyazidin Mikelancelo sevdası Türkan Turan yazır

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Türkan TURAN

Son zamanlar yeni limanım tarixçi və yazar Rəşad Əkrəm Qoçudur. İlk fürsətdə onunla bağlı yazacağam, ancaq təəssüfləndiyim məsələ başqadır: belə dərin bir şəxsiyyəti axı niyə gec kəşf etdim?! Bu dövrdə həyat elə sürətli axıb gedir ki, dəyərli nəsə və ya kimisə tapanda insanı “gec qalmışlıq” hissi bürüyür. Zənnimcə, yaşadığımız çağın ən pessimist və yayqın hisslərindən biridir. Təbii ki, kimə görə, nəyə görə...

Bezmialəm Sultanın izinə qiymətli tarixçinin kitablarından yola çıxaraq düşmüşəm. Bezmialəm, Osmanlı dövlətinin otuzuncu padşahı II Mahmudun həyat yoldaşı, Sultan Abdulməcidin anasıdır. Ərinin ölümündən sonra 16 yaşlı Abdulməcid taxta keçir. Bezmialəm də 32 yaşında Validə Sultan olur və 14 il bu mərtəbədə qalır. Yaşı az və təcrübəsiz olan hökmdarı Bezmialəm Sultan yönləndirməyə başlayır. Təsəvvür edirsiniz, kiçik yaşda kölə bazarından satın alınaraq saraya gətirilən, padşah üçün hazırlanan, 13-14 yaşında ana olan, üç oğlunu itirən, dördüncüdən bütün gücü ilə yapışan gürcü qız Osmanlı imperatorluğunu idarə edib. Nə rəvayətdir, nə əfsanə; həqiqətdir, gerçəkdir. Bəzən mənə elə gəlir ki, onu idarə edən hər qadının ruhundan qopan bir parça İstanbula hopduğu üçün bu qədər çılğın, dəli-dolu yerə çevrilib. “Axı, İstanbulun qadın hökmdarı olmayıb” deyənlər var. Doğrudur! Rəsmi şəkildə olmayıb, lakin ölkənin tarixinə nəzər yetirəndə, bəzi dönəmlərdə ölkəni qadınların idarə etdiyinə əmin olmaqdan başqa çarən qalmadığını görürsən. Bu, sadəcə Osmanlı imperatorluğuna aid deyil, elə Bizans da bura daxildir. İlahi, bir şəhərin səhəri ilə günortası, günortası ilə axşamı bir-birinə uyğun gəlməzmi? Yaxşı, səhəri, axşamı qoyaq bir kənara, burada bir saat öncəki saatla uyğunlaşmır. Dəqiqələr belə bir-birini təqib etmir. Ayağını önə atırsan cümhuriyət, sağa atırsan Osmanlı, sola atırsan Bizans, bir addım geri gedirsən Şərqi Romaya düşürsən sanki. Tarixi də elədir, düşünürsən ki, Hürrəm və Kösəmdən betəri olmayıb, bir də baxırsan ki, Bezmialəm illərin bir küncündən sənə göz qırpır.

Sultanların edə bilmədiyini bacaran qadın

Doğrudur, ölkəni idarə edib, söz sahibi olub, amma digərlərindən fərqli olaraq güc zəhərlənməsi yaşamayıb. Əksinə, həyatını xeyir işlərə həsr edən Bezmialəm Validə Sultan təvazökar həyat tərzi ilə təqdir görüb. Adı, sayı hesabı bilinməyən xeyir işlərində keçir. Xəstəxana, məktəb, məscid, çeşmələr və bir çox memarlıq abidələri inşa etdirib. Günümüzdə ən çox tələb görəni isə Qureba-i müsəlman xəstəxanası, digər adı ilə Bezmialəm Vəqif Universiteti xəstəxanasıdır. Bundan əlavə, Məkkədə Qureba-i müsəlman xəstəxanası, Darülmaarif məktəbi, Bezmialəm Validə məktəbi, Bezmialəm Sıbyan məktəbi, Qureba xəstəxanasına aid məscid, Maçkada Validə çeşməsi, Silivridə, Topqapıda, Beşiktaşda, Tarabyada, Kərbəlada, Mədinədə müxtəlif abidələr inşa etdirib. Sultanəhməddə inşa etdirdiyi Üçlər çeşməsini ölən üç oğlunun xatirəsinə həsr edib. Bütün bu abidələrin içərisində ikisi daha diqqətçəkici gəldi mənə. Onlardan biri Eminönünü Karaköyə bağlayan, hər gün üstündə onlarla balıqçının balıq tutduğu, yüzlərlə insanın yeriyərək keçdiyi, minlərlə avtomobilin hərəkət etdiyi, sağa-sola şütüyən tramvayların ötdüyü məşhur Qalata körpüsüdür. Hətta deyərdim ki, bura 1845-ci ildə Bezmialəm tərəfindən inşa edilən ilk körpü hesab edilir. O vaxt dönəmin şərtlərlərinə uyğun olaraq taxtadan salınır. Buna rəğmən, 18 il xalqa xidmət edir. Körpünün yenilənməsi Abdulməciddən sonra taxta keçən ögey qardaşı Abduləziz tərəfindən həyata keçirilir. İstənilən halda bu cür əhəmiyyətli körpünün Bezmialəm tərəfindən tikilməsi mənim üçün sürpriz, ümumi mənada isə bu qadının iti zəkasından xəbər verir. Çünki tarix boyu İstanbulun iki yaxasını birləşdirən bir çox körpü inşası nəzərdə tutulub. Hətta bu körpü “sevdası” VI əsrdə I Yustinian dönəmində də gündəmdə idi. Hətta imperator tərəfindən belə bir körpünün inşa edildiyi deyilir. Di gəl ki, o körpünün harada, necə tikildiyinə dair heç bir iz yoxdur. Növbəti körpüsalma məsələsi Sultan Fateh Mehmet dönəmində ortaya çıxır. O da körpü olmur, İstanbulu fəth etmək üçün müvəqqəti keçid vasitəsi olur. Əslində körpü də demək olmaz. Çünki böyük çəlləkləri dəmir halqalar ilə bir-birinə bərkidib, üzərinə taxtalar yerləşdirmişdilər. Nişançı Mehmet Paşa isə qeydlərində bu körpünün çəlləklərdən yox, yanyana düzülən gəmilərdən ibarət olduğunu yazır.

Leonardo da Vinçinin suya düşən İstanbul xəyalı

Gələk mənim üçün də sürpriz sayılan digər tarixi hadisəyə: 1502-03-cü illərdə bölgəyə qalıcı körpü inşa etməyin vacib olduğuna dair müzakirələr başlayır. Həmin dönəm taxtda Fatehin oğlu II Bəyazid vardı. Körpü söhbəti İstanbuldan dünyaya yayılır, oradan da Leonardo da Vinçinin qulağına çatır. Da Vinçi Sultana içərisində çəkəcəyi körpünün eskizi olan məktub yazır. “Cənəvizli Leonardo adlı kafirin məktubu” adı ilə tarixə keçən məktubda Da Vinçi, 240 metr uzunluğu, 24 metr genişliyi olan körpü inşa etmək istədiyini yazırdı. Əgər tikilsə, o dönəm üçün dünyanın ən uzun körpüsü statusunu daşıyacaqdı. Ancaq niyəsə padşah bu işə yanaşmır. Hətta Leonardoya cavab belə vermir. Arxivlərdə Leonardonun “kafir” adı ilə bu məktubu mövcuddur, amma padşahın cavab məktubu yoxdur.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Ona görə ki, Sultan Bəyazid, körpünü Mikelancelonun tikməyini istəyirdi. Yazarkən belə inanmaqda çətinlik çəkir insan, bir padşah Mikelancelo ilə Da Vinçi arasında seçim edir, hətta digərinin az qalsın yalvarış dolu məktubunu rədd edir, Mikelancelonu razı salmağa çalışır. Belə ki, Sultan məsələ ilə bağlı italyan heykəltaraşa dəvət göndərir, ancaq Mikelancelo bu dəvəti qəbul etmir, körpü işinə isə ümumiyyətlə yanaşmır. Elə bununla da körpü məsələsinin kitabı düz XIX əsrə qədər bağlanır. Ta ki, Sultan Abdulməcidin anası Bezmialəm Validə Sultan tərəfindən inşa edilənə qədər. Lap əvvəllər bura “Validə körpüsü” deyilirdi. Körpünün üstündən ilk keçən Sultan Abdulməcid olub. Altından keçən ilk gəmi isə fransız kapitanı Maqananın istifadə etdiyi Kyagne gəmisi olub. Burada əsl məsələ nədir? Bizans imperatoru I Yustinianın, Fateh Sultan Mehmetin, II Bəyazidin edə bilmədiyini, kiçik yaşlarda əsr bazarından satın alınaraq saraya gətirilən gürcüstanlı cariyə bacarır. Bu cümləni yazmaqda məqsədim qadını imperatorlarla, sultanlarla müqayisə edib onların qarşısında kiçik göstərmək deyil, kölə bazarından satın alınaraq bəlli bir nöqtəyə gəlib heç kimin edə bilmədiyini edəcək qədər iti zəkasının olduğunu göstərməkdir. Əks halda oğlu 22 il taxta qala bilməzdi. Bezmialəm Sultan 1853-cü ildə Dolmabağça sarayında vəfat edir. Məzarı Çəmbərlidaşda, II Mahmud Türbəsindədir.

Bezmialəm məscidi

Validə Sultanın adına olan və görənləri məst edən digər abidələrdən biri də Dolmabağça sarayının yaxınlığında, sahil kənarında əzəməti və memarlığı ilə baş gicəlləndirən Bezmialəm məscididir. İnşası Validə Sultanın sağlığında başlayır, amma tamamlanmağını görmədən ölür. Oğlu Abdulməcid tərəfindən tamamlanır və ibadətə açılır. Məscid Dolmabağça sarayının önündəki saat qülləsinin yaxınlığına yerləşdiyi üçün çoxları bura Dolmabağça məscidi deyir. Amma bu, sadəcə xalq arasında bilinən adıdır. Abidə XIX əsr Osmanlı memarlığına damğa vuran Balyan ailəsinin əsəridir. Memarı Nikoğos Balyandır.

Qarışıq memarlıq modası

Abidə Qərb memarlığının Osmanlıya ayaq açdığı dönəmdə inşa edilib. Ümumiyyətlə, həmin dönəm barok, rokoko, ampir üslublarının sintezi ilə əfsanəvi əsərlər ərsəyə gətirilib. Məsələn, memarlıq baxımından Bezmialəm tərzindəki məscidlərdə xüsusi bir yenilik yox idi, ancaq əsl dəyişiklik ənənəvi dəstixəttin, klassik motivlərlə birləşməsi, fasadlarda əsrarəniz görüntülərində özünü göstərir. Dönəmin ən önəmli hadisəsi,  memarlığa qarışıqlığın hakim olması və Qərb üslubunun ənənədən çıxması, eyni zamanda İslam elementlərinin qarışdırılaraq istifadə edilməsi idi. Bu baxımdan Dolmabağça məscidinə aid olduğu dönəmin ən zövqlü əsərlərindən biri olduğunu demək olar.

Abidə, dəniz kənarında atriumun ortasında, dördbucaqlı, dörd sütun üzərində inşa edilib. Üstü tək qübbə ilə örtülüb. Aşağı hissələrdə dairəvi kəmərlər mövcuddur. Qübbəyə yaxın hündür divarların üzəri pəncərələrlə əhatələnib. Klassik memarlıqda görünənin tam əksi olan üsuldan istifadə edilib. Belə ki, divarların üzərində oturdulmuş qübbə yüklənən ağırlıqdan yanlara doğru aşmasın deyə, künclərə əlavə dörd bucaqlıq qüllələr yerləşdirilib. Üzərlərində barok-rokoko tərzinə uyğun işləmələr mövcuddur. Dilimlənmiş kimi görünən bəzəklərin içərisində isə çiçək motivləri nəzərə çarpır.

Məscid içərisində saray

Məscidin içərisində ampir üslubunda səkkiz guşəli planda, qübbəli hökmdar qəsri var. Qəsr kiçik saray tərzindədir. Yanlardan yuxarıya qalxan iki pilləkəni mövcuddur. İçərisi həddən artıq aydınlıq, işıqlıdır. Buraya məsciddən yox, xüsusi yerdən girirsən. Kiçik saray tərzində olan bu abidənin içində otaqlar mövcuddur. Minarələr qəsrin iki tərəfindən ucalır. Üzəri akantus yarpaqları ilə bürünüb. Akantus memarlıqda bitki motivli işləmələr deməkdir. Döşəməsi iri qırmızı kərpiclərdən və mərmərdən qurulub. Qəsrin qübbəyə bənzər pandantivləri ulduzlardan ibarət yağlı boyadan istifadə edilib. Beşbucaqlı formada olan mehrab nişinin üzərində fərqli tərzdə çiçək və yarpaqlardan ibarət bitki bəzəklərinə üstünlük verilib. Ortası çələnglə taclandırılıb. Minbər iki rəngli mərmərdən və qotik tərzindədir. 1948-61-ci illərdə hökmdar qəsri də daxil olmaqla Dəniz Muzeyi kimi fəaliyyət göstərən ziyarətgah, muzeyin köçməsi ilə birlikdə yenidən ibadətə açılır. Bu gün kifayət qədər yaxşı vəziyyətdə olan abidə axırıncı dəfə 1966-cı ildə Vəqflər İdarəsi tərəfindən restavrasiya edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
59
525.az

1Источники