"Prezident Volodimir Zelenski NATO, Avropa İttifaqı və G7 sammitlərinə dəvət alıb".
Oxu.Az-ın Gazeta.ua-ya istinadən xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) spikeri Georgi Tixiy brifinqdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Ukrayna XİN bu tədbirlər zamanı ikitərəfli görüşlərin təşkili üzərində fəal iş aparır.
"Prezidentin NATO, Aİ və G7 sammitlərinə dəvətləri var. Onun iştirakı ilə bağlı yaxın zamanda qərar veriləcək, hər şey təhlükəsizlik şərtlərindən asılı olacaq. Adətən belə sammitlərdə ikitərəfli görüşlər keçirilir. Biz bunun üzərində işləyirik", - deyə o bildirib.