Ukrayna Macarıstanın onun ərazisində guya casusluq fəaliyyəti ilə məşğul olduğuna dair sübutlara malikdir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Valasz Online” nəşrinə verdiyi müsahibədə Ukraynanın prezidenti Volodimir Zelenski bildirib.
“Bizdə Macarıstanın Milli Təhlükəsizlik Hərbi Xidməti (KNBSZ) tərəfindən təşkil olunmuş müxtəlif görüşlərə dair əlavə foto və videolar var <…>, lazım gələrsə, biz onları da dərc edəcəyik,” — deyə Ukrayna lideri qeyd edib.…>
O, həmçinin əlavə edib ki, Macarıstanın kəşfiyyat şəbəkəsinin fəaliyyəti 2021-ci ildən bəri araşdırılır.
23 may tarixində Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Ukrayna Macarıstan ərazisində casusluq fəaliyyəti həyata keçirir. Məqsəd isə Ukraynanın Aİ-yə üzvlüyü və Ukrayna Silahlı Qüvvələrinə dəstəklə bağlı Macarıstan vətəndaşlarının fikrinə təsir göstərməkdir. Baş nazir əlavə edib ki, Macarıstan dövləti tərəfindən aşkar edilmiş “Ukrayna agentlərinin fəaliyyəti”nə dair videoyazılarla tanışdır.