RU

“Kəpəz”in yeni baş məşqçisi açıqlanıb

Adil Şükürov “Kəpəz”in yeni baş məşqçisi təyin olunub.

Klubdan Ölkə.Az-a verilən məlumata görə, təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, məşqçi 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb.

Adil Şükürov komandada futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

Избранный
67
22
olke.az

10Источники