Bakı. Trend:
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardanibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünükeçirib.
Trend xəbər verir ki, U-17Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi iləqarşılaşıb.
Belə ki, oyun 1:1 hesablı heç-heçə başa çatıb. Millimizinheyətində qolu 26-cı dəqiqədə Səttar Tahirzadə vurub.
Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilkyoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbəqazanıb.