ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
"Çelsi"nin qapıçısı Markus Bettinelli "Mançester Siti"yə keçib.
"Unikal" xəbər verir ki, bu barədə Mançester klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı ingilis qolkiperlə müqavilə 1 il müddətinə - 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transferin qiyməti açıqlanmayıb. Bununla belə, futbolçunun qiyməti 600 min avro dəyərləndirilir.
Bettinelli 2021-ci ilin yayından bəri "Çelsi"nin oyunçusudur. Lakin dörd il ərzində London klubunda yalnız bir rəsmi oyun keçirib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
“Mançester Siti” ingilis qolkiperə iyunun sonunda klubdan azad agent kimi ayrılacaq Skott Karsonu əvəzləyicisi, üçüncü qapıçı gözü ilə baxır.
Bettinelli 2021-ci ilə kimi "Fulhem"də çıxış edib. O, icarə əsasında "Dartford" və "Midlsbro"da oynayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.