“Artıq bəzi dövlətlər Baltik dənizini bloklamaqdan danışır, guya ticarət gəmilərimizi buraxmayacaqlar. Biz əvvəllər Litva və Latviya üzərindən ticarət aparırdıq, indi isə bu azğınlar bizi oraya buraxmırlar. Hazırda Leninqrad vilayətinin limanları vasitəsilə Baltik dənizindən istifadə edirik. İndi deyirlər ki, guya Danimarka yaxınlığında keçidi bağlayacaqlar. Biz buna göz yumacağıq? Bizə qarşı belə rəftar etmələrinə imkan verəcəyikmi? Ticarət gəmilərini hərbi gəmilər müşayiət edəcək.”
Lukaşenko bu cür təzyiqləri qəbuledilməz saydığını və Minsk-in belə addımlara cavabsız qalmayacağını əlavə edib.