RU

İyulun 1-dən bəzi ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaqVİDEO

Gələn aydan bir sıra sahələrdə göstərilən xidmətlər üzrə nağdsız ödənişlərə görə ƏDV-nin 50 faizi geri qaytarılacaq.

Bura tamaşalar, simfonik orkestrin konserti, film nümayişi, muzey ziyarəti və sahədə göstərilən xidmətlər daxildir. Yəni, mədəniyyət xidmətləri üzrə keşbek təbiq olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu, mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər. Digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət vergisindən 90 faiz azadolma verilməsidir.

Qeyd edək ki, bu tədbirlər "Vergi Məcəlləsinə" edilən dəyişikliklərə əsasən, mədəniyyət sektoruna tətbiq ediləcək yeni vergi güzəştləri əsasında həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
39
xezerxeber.az

1Источники