RU

Sürücülərin diqqətinə: Bu yolda məhdudiyyətlər olacaq

R-51 M-2 (336 km) – Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar, 11 iyun saat 00:00-dan həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məhdudiyyətə əsasən, müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təşkil ediləcək.

Избранный
24
4
axar.az

10Источники