RU

Bərdədə 50 yaşlı qadın binadan yıxıldı

Bərdə rayonunda 50 yaşlı qadın binadan yıxılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun keçmiş məcburi köçkünlər məskunlaşan qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı binanın 3-cü mərtəbəsindəki evin eyvanında paltar asarkən yıxılıb.

Qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
54
yenisabah.az

1Источники