RU

"Narkomaniya əleyhinə səfərbərlik" Layihəsi - Hazırlıq mərhələsində

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Narkomaniya əleyhinə səfərbərlik" adlı layihəsi hazırlıq mərhələsindədir.

QHT.az xəbər verir ki, layihə Ümummilli liderimiz Heydər Əliyevi 15 iyul 2000-ci il tarixli Fərmaını və Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrinvə onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dairDövlət Proqramına " əsaslanır.

Layihədə ixtisaslı ssenaristtərəfindən yazılan ssenari üzrə vidio-çarx çəkiləcək. Layihədə mövzu üzrəçəkiləcək 10-12 dəqiqəlik vidio-çarxsosial şəbəkələr vasitəsilə uşaq və yeniyetmələrin,valideynlərin nümayişinə təqdim olunacaq. Sözügedən vidio-çarx uşaq və yeniyetmələrinhəyatını düzgün istiqamətləndirmələrinə təsiri olacaq. Hətta valideyinlərin övladlarına qarşı diqqət və qayğısını artıracaqdır.

"Narkomaniya əleyhinə səfərbərlik" adlı layihənin mövzu üzrə vidio -çarx vasitəsilə əsas məqsədi uşaq və yeniyetmələri və onların valideynlərininakomaniyanın zərərləri barədə erkən zamanda məlumatlandırmaqdır- deyə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin sədri Mehriban Hüseynova bildirmişdir.

Избранный
46
2
turkustan.az

3Источники