Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatına bağlı husilər Təl-Əvivdə yerləşən İsrailin Ben Qurion hava limanına iki ballistik raketlə zərbə endiriblər.
Publika.az xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria "Telegram" kanalında məlumat verib.
O bildirib ki, raketlərdən biri hava limanının ərazisinə düşüb.
İyunun 3-nə keçən gecə Saria husilərin Ben Qurion hava limanını ballistik raketlə vurduğunu iddia edib. O, əməliyyatın “məqsədinə uğurla çatdığını” və hücum nəticəsində hava limanının fəaliyyətinin dayandırıldığını iddia edib.