RU

Dünyanın ən uzun yolçuluğu: 8 gün davam edəcək

Şimali Koreyanın paytaxtı Pxenyanla Rusiyanın paytaxtı Moskvanı birləşdirən “dünyanın ən uzun birbaşa dəmir yolu marşrutu” kimi tanınan sərnişin qatarı hərəkəti iyunun 17-də bərpa olunacaq. 

Sherg.az  “NTV.com.tr”yə istinadən bildirir ki, Covid-19 pandemiyası səbəbiylə dəmir yolu marşrutu dayandırılmışdı. Rusiya Dəmir Yolları tərəfindən edilən açıqlamada, 10 min kilometr məsafəni aşan və 8 gün davam edən marşrutun  "dünyanın ən uzun birbaşa dəmir yolu marşrutu" olduğu bildirilib. Qeyd olunub ki, Moskvaya gedən qatarlar hər ayın 3-ü və 17-si Pxenyandan, Pxenyana gedən qatarlar isə hər ayın 12-si və 26-sı Moskvadan yola düşəcək. Bildirilib ki, Rusiyaya gedən qatarlar ölkənin Xasan, Xabarovsk, Novosibirsk və Kostroma şəhərlərindəki stansiyalarda dayanacaq. Bildirilib ki, Pxenyanla Rusiyanın Şimali Koreya ilə sərhədinə yaxın Xabarovsk şəhərini birləşdirən başqa bir xətt üzrə qatarlar iyunun 19-da ayda bir dəfə hərəkətə başlayacaq. Xatırladılır ki, 2020-ci ilin fevral ayında Covid-19 pandemiyası çərçivəsində həyata keçirilən sərhəd tədbirləri səbəbindən Şimali Koreya ilə Rusiya arasında qatarların hərəkəti dayandırılıb. Şimali Koreyanın Tumen çayı stansiyası ilə Rusiyanın iki ölkə sərhədində yerləşən Xasan stansiyası arasında sərnişin qatarlarının hərəkəti ötən il bərpa edilib. Nəhayət, may ayında iki ölkəni birləşdirən Tumen çayı üzərində avtomobil yolu körpüsünün tikintisinə başlanıldığı bildirilir. Layihənin 2026-cı ilin sonuna qədər başa çatdırılmasının hədəfləndiyi açıqlandı.

Избранный
37
1
sherg.az

2Источники