RU

Tramp Vaşinqtonda hərbi parada müdaxilə etmək istəyənləri həbslə hədələdi

BAKI, 11 iyun. TELEQRAF.

ABŞ hakimiyyəti iyunun 14-də Vaşinqtonda keçiriləcək hərbi parada mane ola biləcək hər hansı potensial iğtişaşları yatıracaq, iştirakçları isə həbs edəcək.

Teleqraf xəbər verir ki, jurnalistlərlə söhbətində ABŞ Prezidenti Donald Tramp belə deyib.

Amerika lideri ABŞ Ordusunun yaradılmasının 250 illiyi ilə bağlı parada müdaxilə etməyə cəhd edə biləcək şəxslərdən danışarkən, "Onlardan bəziləri uzun müddət həbsdə qalacaq" deyib. Vaşinqton administrasiyası rəhbərinin əmin etdiyi kimi, hakimiyyət yuxarıda qeyd olunan hadisə zamanı iğtişaşların qarşısını almaq üçün güc tətbiq etməyə hazır olacaq.

Избранный
23
teleqraf.com

1Источники